Paris və Tbilisi arasında requlyar hava gediş-gəlişi avqustun 8-dən bərpa olunacaq
Paris və Tbilisi arasında requlyar hava gediş-gəlişi avqustun 8-dən bərpa olunacaq

Gürcüstan və Fransa paytaxtları arasında requlyar hava gediş-gəlişi avqustun 8-dən bərpa olunacaq.

Bu məsələ ilə bağlı texniki danışıqlar Gürcüstanın İqtisadiyyat Nazirliyinin Vətəndaş Aviasiyası Agentliyi və Air France arasında artıq başa çatdı.

“Aparıcı Fransa aviaşirkəti avia-uçuşları həftədə iki dəfə, növbəti cədvəl ilə həyata keçirəcək:

Paris (Şarl De Qol hava limanı) – Tbilisi, – hər çərşənbə və şənbə günü

Tbilisi – Paris (Şarl De Qol hava limanı) hər cümə axşamı və bazar,- deyilir aviasiya agentliyində.

Reqyulyar reyslər “Earbas A320” və A321 tipli təyyarələrlə həyata keçiriləcək.