Pankisidə durum sakitləşdi, aksiya iştirakçılarının bir hissəsi Telavidə danışıqlar aparacaq
Pankisidə durum sakitləşdi, aksiya iştirakçılarının bir hissəsi Telavidə danışıqlar aparacaq

Pankisi dərəsi əhalisinin bir hissəsi Telaviyə, polis idarəsinə getdi. Buraya onları Dİ naziri müavini, Kaxa Sabanadze danışıqlar üçün dəvət etdi.

Gürcüstanın Birinci Kanalının jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, bu dəqiqələrdə Pankisi dərəsində sakitlikdir. Xüsusi təyinatlı dəstə üzvləri və aksiya iştirakçıları orada qalmaqdadırlar. SES-in tikinti işləri hazırda dayandırılıb.

Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.