Paata Mancqaladze - Müxalifətin planıdır ki, mayın 15-də Azadlıq Meydanına 100 min nəfər yığılsın
Paata Mancqaladze - Müxalifətin planıdır ki, mayın 15-də Azadlıq Meydanına 100 min nəfər yığılsın

Müxalifətin planıdır ki, mayın 15-də Azadlıq Meydanına 100 min nəfər yığılsın, – bu barədə bəyanatı “Ağmaşenebeli strategiyası” partiyasının üzvü Paata Mancqaladze verdi.

“15 may aksiyası ilə bağlı müxalifətin planı belədir – müxalifət bir milyon səs aldı və insanların ən az 10 faizini buna inandırmalıyıq ki, mayın 15-də, Azadlıq Meydanına gəlib, etirazlarını bildirsinlər”, – dedi Paata Mancqaladze.

Onun dediyinə görə, “Gürcü Arzusu” iqtidarının getməsi üçün iki mexanizm lazımdır, biri beynəlxalq ictimaiyyətin təzyiqi və ikincisi vətəndaşların fəal qoşulması.

“Gürcü Arzusu” hakimiyyətə sahiblənib və bilirik ki öz razılığı ilə hakimiyyəti buraxmayacaq. Qeyd etdiyim iki mexanizm hərəkətə keçsə, “Gürcü Arzusu” hakimiyyəti buraxmaq zorunda olacaq, yəni razılaşma baş tutacaq”, – dedi Mancqaladze.

Şərh yaz