Paata İmnadze əhaliyə yay fəslinə məxsus infeksiyalar haqqında xəbərdarlıq edir
Paata İmnadze əhaliyə yay fəslinə məxsus infeksiyalar haqqında xəbərdarlıq edir

Xəxtəliklər nəzarətinin və ictimai sağlamlığın milli mərkəzinin elmi şurasının sədri Paata İmnadze əhaliyə yay fəslində baş verən infeksiyalar barədə xəbərdar edir.

Təhlükələrdən baş qaçırdmaq üçün, İmnadzenin əsas rekomendasiyalarından biri higienanın qorunmasıdır, xüsusi ilə də, tez-tez əl yumaq və qida məhsullarını soyuducuda saxlamaqdır.

İmnadze bir neçə risk haqqında danışdı.

“Bağırsaq sisteminin infeksiya halları – salmonellyoz, kampilabakterioz, norovirus infeksiyaları tez-tez baş verir. Bunları enterovirus adlandırırlar və əksəriyyəti higienanın pozulmasından yaranır və mikrob vasitəsi ilə yoluxur” – deyir İmnadze.

Onun dediyinə görə, Malyariya riski ölkədə yoxdur.

Paata İmnadze deyir ki, hazırda Qara Dəniz ərazisində, dövlət proqramı ilə, ağcaqanadlara qarşı tədbirlər həyata keçirilir.

“Həmçinin, əgər suyun keyfiyyətində şübhəniz varsa, ən asan yol onu bir dəqiqə qaynatmaqdır” – dedi Paata İmnadze.