Paata İmnadze bəyan edir ki, yanvarın 16-da Çindən gələn qızda koronavirusun olduğu təsdiqlənmədi
Paata İmnadze bəyan edir ki, yanvarın 16-da Çindən gələn qızda koronavirusun olduğu təsdiqlənmədi

Yanvarın 16-da Çindən gələn və virus infeksiyasının əlamətləri görünən 22 yaşlı qızın koronavirusu yoxdur bu hal, heç bir beynəlxalq standartla koronavirus halı kimi hesab edilmir, – bu barədə bəyanatı Gürcüstanın Birinci Kanalına Xəstəliklər Nəzarətinin və İctimai Sağlamlığın Milli Mərkəzinin elmi şurasının sədri Paata İmnadze verdi.

Onun dediyinə görə, Gürcüstan vətəndaşı olan gənc qız Çin əyalətlərinin birindən öz vətəninə elə vaxt qayıtdı, nə vaxt, Çinin Uxan şəhərindən başqa heç bir yerində virus qeydə alınmamışdı.

Paata İmnadzenin dediyinə görə, gənc qız virusa öz ailə üzvlərindən yoluxdu, ancaq bu koronavirus deyil və hansı növ virusun olması ilə bağlı tədqiqatlar davam edir.

Xəstəliklər Nəzarəti və İctimai Sağlamlığın Milli Mərkəzinin elmi şurasının sədrinin məlumatına görə, gənc qız evdə müalicə görür və vəziyyəti ağır deyil.

Kaxeti kəndlərindən birində, Çindən gələn qızın virus infeksiyası haqqında məlumat bir neçə gün bundan əvvəl bəzi medya vasitələri tərəfindən yayıldı.