Oto Nemsadzenin "Həmişə irəli doğru" mahnısı klipinin çəkilişləri bu gün başa çatacaq (foto)
Oto Nemsadzenin "Həmişə irəli doğru" mahnısı klipinin çəkilişləri bu gün başa çatacaq (foto)

Avroviziya 2019-un gürcü iştirakçısı, Oto Nemsadzenin “Həmişə irəliyə doğru” mahnısı klipinin çəkilişlərini rejissor, Giorgi Ebralidze yaradıcılıq aqrupu ilə birlikdə bu gün başa çatdıracaq. Maltağva kəndi və Enquri körpüsündən sonra, çəkilişlər Tbilisidə davam etdirildi. Oto Nemsadze “Varadanı” tikanlı məftillər fonunda yerinə yetirdi.

“Bu gün tikanlı məftillərdə olan bölgənin nümayəndəsi kimi, mənə tikanlı məftillərə baxmaq asan deyil. Düşünürəm bu klip heçkimi biganə qoymayacaq. Əsas ismarıc bu cürdür – Gürcüstanda bölünmüş bölgələr mövcud deyil, gec-tez məftillər uçacaq və biz, birlikdə “Varadanı” da, başqa mahnıları da ifa edəcəyik”, – Oto Nemsadze bəyan etdi.

Rejissor, Giorgi Ebralidzenin dediyinə görə, heçkim istəməz ki, onun ölkəsi bölünmüş olsun.

Klipin təqdimatı aprelin 8-də keçiriləcək.