Oto Nemsadze Ekspo Tel-Aviv səhnəsində ikinci məşqini keçirdi

2019-cu ilin Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsi, Oto Nemsadze Ekspo Tel-Aviv səhnəsində ikinci məşqini keçirdi.

Oto Nemsadze məşqdən sonra media nümayəndələri ilə görüşəcək və xüsusi olaraq Avroviziya üçün yazılmış mahnını ifa edəcək. Mahnı dünən gecə yazıldı. Mətnin müəllifi Aleksandre Lortkipanidzedir, musiqi isə, Roma Giorgadzeyə məxsusdur.

Oto Nemsadze festivalın ilk yarımfinal şousunda, mayın 14-də, 11 nömrə ilə çıxış edəcək.

Sıra ilə 64-cü Avroviziya Mahnı Müsabiqəsinə Tel-Aviv ev sahibliyi edir. Müsabiqədə 41 ölkə iştirak edir.

Müsabiqənin birbaşa translasiyası Birinci Kanalın efirində mayın 14, 16 və 18-də, saat 23:00-dan başlayacaq.