Orbelianilər Sarayının həyətində küçə musiqiçilərinin konserti keçiriləcək
Orbelianilər Sarayının həyətində küçə musiqiçilərinin konserti keçiriləcək

Orbelianilər Sarayının həyətində bu gün, Gürcüstan prezidentinin təşəbbüsü ilə gənc sənətkarların dəstəyi və populyarlaşdırlması məqsədi ilə küçə musiqiçilərinin konserti keçiriləcək.

İctimaiyyətlə əlaqələr məsələləri üzrə prezidentin məsləhətçisi, İrina Şengeliyanın bəyan etdiyinə görə, gənc sənətkarların dəstəyi və populyarlaşdırlması prezidentin strategiyasının hissəsidir, özəlliklə də işləməyə imkanları olmadığı pandemiya dövründə.

“Həmçinin tədbir Orbelianilər Sarayının açıqlılığına xüsusi diqqət yetirir. Bir çox illər ərzində, bu bina həmin dövrün ictimaiyyətinin, o cümlədən mədəniyyət sahəsinin seçmə hissəsinin toplantı yeri idi. Konsertlər və salon görüşləri təşkil edilirdi. Bənzər tdbirlərlə Orbelianilər Sarayı ənənəsini qaytarır”, – ictimaiyyətlə əlaqələr məsələləri üzrə prezidentin məsləhətçisi, İrina Şengeliya qeyd etdi.

Konsert bu gün, saat 18:00-da başalayacaq və burada küçə musiqiçiləri, David Evqenidze və bendi iştirak edəcək.

Məlumatı prezident administrasiyasının mətbuat xidməti yayır.