Orbelianilər Sarayında emmiqrantlar ilə müntəzəm görüşlər başlayacaq
Orbelianilər Sarayında emmiqrantlar ilə müntəzəm görüşlər başlayacaq

Gürcüstan prezidenti, Salome Zurabişvilinin təşəbbüsü ilə, Orbelianilər Sarayında emmiqrantlar ilə müntəzəm görüşlər başlayacaq. Görüşlər həftənin hər ikinci və dördüncü günləri olacaq.

“Xaricdə yaşayan bizim həmvətənlilərimiz, onlar üçün maraqlı olan məsələlər barəsində prezident administrasiyasından, eləcə də Xarici İşlər Nazirliyinin diaspor məsələləri üzrə departamentinin nümayəndəsindən məlumat ala biləcəklər”, – Gürcüstan prezidenti administrasiyasında bəyan edirlər.

Elə bu gün Prezident Sarayında görüşlər üçün məkan açılacaq.

Şərh yaz