Ödənişli staj - DİN-də yeni qaydanın əsası qoyulur
Ödənişli staj - DİN-də yeni qaydanın əsası qoyulur
Gürcüstanın Daxili İşlər nazirliyinə namizəd Qiorqi Qaxariya birləşmiş komitələr iclasında,  hökümətə etimad göstərərkən, gələcək islhatlar barədə danışdı və idarəyə qəbul qaydasının dəyişikliyini vurğuladı.

Qiorqi Qaxariyanın qeyd etdiyi kimi, kurslardan keçdikdən sonra DİN tərəfindən seçilmiş Gürcüstanın hər bir vətəndaşının staj və təhsil müddəti idarə tərəfindən ödənəcək.

“Daha bir yenilik DİN-də işlə təmin etmə qaydaları haqda cari islahatlar və dəyişikliklərdir.Qərar imzalanıb. Eləcə də,  DİN-in akademiyasının funksiyasını virğulamaq istəyirəm. Qeyd edim ki, bu istiqamətdə bir çox addım atmışıq və qeyd etdik ki, sistemə yalnız   ödənişli staj və akademiya vasitəsilə daxil ola bilərsiniz. Hər bir şəxs ilk üç ay ərzində kursları keçdikdən sonra ştat məbləğinin 50%-ni, 9 ay imtahan mərhələsi ərzində isə tam məbləği əldə edəcək.  Biz hərşeyi anlayırıq və əlimizdən gələni edirik ki, Daxili İşlər Nazirliyinə mükəmməl kadrlar gəlsin və onların inamı olsun ki, sosial və peşə inkişafının artım qarantı dövlət və institut tərəfindən təmin olunacaq”, – Qiorqi Qaxaria bəyan etdi.

Onun dediyinə əsasən, 13 200 polisin maaşı artıq artıb və ən yaxın zamanda maaşların yüksəlməsi gücləndiriləcək.