"Nyu York Tayms" işğal rejimi tərəfindən yaxalanan həkim, Vaja Qaprindaşvili barəsində yazır
"Nyu York Tayms" işğal rejimi tərəfindən yaxalanan həkim, Vaja Qaprindaşvili barəsində yazır

Gürcüstan separatçılar tərəfindən yaxalanan həkimin azad edilməsini tələb edir, – bu barədə “Nyu York Tayms” yazır. Nəşrin yazdığına görə, həkim Vaja Qaprindaşvilini separatçılar 2008-ci ildən Rusiyanın nəzarət etdiyi Cənubi Osetiyada yaxaladılar.

Nəşrin yazdığına əsasən, həkim Vaja Qaprindaşvilini separatçılar Sxinvaliyə apardılar, iki aylıq ilkin həbs ilə cəzalandırdılar və sübut edirlər ki, o, sərhədi qanunsuz keçibdir.

Amerika nəşri yazır ki, kəndin yerli sakinlərini bənzər səbəblə tez-tez yaxalayırlar, halbuki həkim daha tanınmış insandır və onun həmkarları bəyan edirlər ki, həkim pasientin yanına getməyə çalışırdı.

Nəşr həmçinin qeyd edir ki, Vaja Qaprindaşvilinin dönmədən azad olunmasını və inzibati sərhəd xəttində buraxılış məntəqəsinin açılmasını Amerika da tələb etdi. “Nyu York Tayms” yazır ki, 2008-ci ildə Rusiya Gürcüstanı müharibə ilə məğlub etdi və Gürcüstanın separatçı bölgələrini – Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini elan etdi və orada rus əsgərlərini yerlşdirdi.

Barış və Mülki Bərabərlik məsələləri üzrə dövlət naziri, Ketevan Tsixelaşvilinin məlumatına görə, bir neçə kanaldan alınan məlumata əsasən, həkimi yaxın günlərdə azad edəcəklər.