Noyabrın 6-da MSK Tbilisi Sakrebulosu üzvlüyünə seçilən şəxsləri qeydiyyatdan keçirəcək
Noyabrın 6-da MSK Tbilisi Sakrebulosu üzvlüyünə seçilən şəxsləri qeydiyyatdan keçirəcək

Noyabrın 6-da MSK Tbilisi Sakrebulosu üzvlüyünə seçilən şəxsləri qeydiyyatdan keçirəcək və onlara müvafiq vəsiqələr verəcək.

Noyabrın 6-da yerli özünüidarəetmənin nümayəndəlik orqanının – Sakrebulonun üzvlüyünə seçilən şəxslərin qeydiyyatdan keçirilməsi və onlar üçün müvafiq vəsiqələrin verilməsinin vaxtı da tükənir.  Sakrebulo üzvlərini qeydiyyatdan müvafiq Dairə Seçki Kommisiyasınən sədri keçirir. Qeyd olunan məsələ Seçki Məcəlləsinə müvafiq olaraq tənzimlənib.

Qanunvericiliyə uyğun olaraq, özünüidarəetmə şəhəri/icmanın yeni seçilmiş meri/qamqebelinin səlahiyyəti başlayır, öncəkinin isə, müvafiq Seçki Kommisiyası tərəfindən seçkilərin nəticələrinin yekunlaşdırıcı protokolunun tərtib edilməsindən (merin/qamqebelinin seçilməsinin bəyan edilməsindən) 11-ci günü dayanır. Gürcüstanın bütün ərazisində yerli özünüidarəetmənin nümayəndəlik orqanının – Sakrebulonun birinci iclasını MSK seçkilərin yekun nəticələrinin cəmləşdirilməsindən 30 gün ərzində çağırır.

Yerli özünüidarəetmənin nümayəndəlik orqanının – Sakrebulonun, həmçinin şəhər/icmanın meri/qamqebelinin səlahiyyəti müddəti dörd ildir.