Növbəti iki gün ərzində Gürcüstanda yağışlar gözlənilir
Növbəti iki gün ərzində Gürcüstanda yağışlar gözlənilir

Növbəti iki gün ərzində Gürcüstanda yağışlar gözlənilir. Proqnozu Ətraf Mühitin Milli Agentliyi yayır.

Havanın temperaturu aranda axşam 18-23 dərəcə, gündüz isə, 25-30 dərəcə olacaq.

Şərqi Gürcüstanda gecə və günün ikinci yarısında bəzən qısa yağış və şimşək gözlənilir.

Tbilisidə gün əsasən yağışsız keçəcək. Havanın temperaturu axşam 23 dərəcə, gündüz isə, 36 dərəcə olacaq.

Qərbi Gürcüstanda iyulun 22-də, əksər rayonlarda qısa yağış və şimşək gözlənilir. Havanın temperaturu axşam 18-23 dərəcə, gündüz isə, 24-29 dərəcə gözlənilir.