Notr-Damda yanğından sonra durum (foto)
Notr-Damda yanğından sonra durum (foto)

Xarici media Notr-Dam kilsəsinin fotolarını yayır. Fotolarda yanğın nəticəsində məbədin hansı hisssinin zədələndiyi görünür.

Yanğın nəticəsində kilsənin taxta damı tamamilə yandı. Əsas relikviyalar xilas olunub.

Yanğının söndürülməsi üçün yanğınsöndürənlərə təxminən doqquz saat lazım gəldi.

Parisin meri, Ana İdalqonun bəyan etdiyinə görə, kilsədə durum onun təsəvvür etdiyi qədər də ağır deyil.

Yanğınla bir neçə saat ərzində təxminən 400 yanğınsöndürən mübarizə aparırdı.

Parisin Notr-Dam kilsəsi  XII-XIV əsrlərdə tikilib. Kilsə Fransanın ən görəmli yerlərindən biridir.