Nəyə görə mütləq Gürcüstanın Birinci Kanalına baxmalısınız - Yeni gürcü teleserialları
Nəyə görə mütləq Gürcüstanın Birinci Kanalına baxmalısınız - Yeni gürcü teleserialları

Sentyabrın 16-dan Gürcüstanın Birinci Kanalı tamaşaçılarına gürcü sənədli və bədii seriallar silsiləsini təqdim edəcək. Gürcüstanın Birinci Kanalının tarixində ilk dəfə original gürcü produksiyası televiziya efirində praim-taim vaxtını alacaq.

Hər bazar ertəsi və çərşəmbə axşamı saat 22:00-da Birinci Kanalın efirində “Polkovnikin cırılmış məktubları” adlı sənədli serial təqdim ediləcək. Serialda bəhs edilən məktublarda Gürcüstan tarixi ingilis polkovniki tərəfindən fərqli şəkildə təsvir olunur.

16 seriyalı layihənin başa çatmasından sonra isə, efirə ssenarisi Aka Morçiladze və Ketevan Sadğobelaşvili tərəfindən yazılan “Tbilisi qapısının yanında” adlı bədii serial təqdim ediləcək.

Oktyabrda efirə çıxan yerli seriallardan biri də, cümə axşamı və cümə günü təqdim edilən “İdeal ana” serialı olacaq. Serialın formatı isə, 15 dəqiqə yerinə, yarım saat olacaq.

Gürcüstanın Birinci Kanalının televiziya kanallarının rəhbəri Rusudan Mancqaladzenin dediyinə görə, bu il Birinci Kanal efir bazarına iddialı bəyanatla daxil olur.

Belə ki, yeni sezonu Gürcüstanın Birinci Kanalı daha çox yerli sənədli və bədii seriallarla başlayır, ancaq efirdə təbii ki, beynəlxalq və original formatlı digər layihələr də yer alacaq.