Nino Ananiaşvili Novosibirsk Teatrının balet truppasına rəhbərlik edəcək
Nino Ananiaşvili Novosibirsk Teatrının balet truppasına rəhbərlik edəcək

Gürcü prima-balerina Nino Ananiaşvili 2021-ci ildən, Rusiyada, Novosibirsk Opera və Balet Teatrının balet truppasına təhbərlik edəcək.

Bu barədə məlumatı Ananiaşvili “Azadlıq radyosu” ilə müsahibə zamanı verdi.

Ananiaşvilinin dediyinə görə, qeyd olunan posta paralel olaraq, o gürcü balet ruppasının da rəhbəri olmağa davam edəcək. Ananiaşvili deyir ki, əks halda, yeni təklifi qəbul etməzdi.

Nino Ananiaşvilinin bəyanatına görə, o Rusiyanın ən böyük teatrlarından biri olan Novosibirsk Teatrının balet truppasının bədii rəhbəri olmaq qərarını verdi, ancaq bu vəzifəyə hələ rəsmi olaraq, təsdiqlənməyib.

“Bu tamamən yaradıcılıq işidir” – deyir Nino Ananiaşvili.

Müsahibə zamanı Ananiaşvili bildirir ki, bu qərarı verməsinin səbəblərindən biri də, ölkədə pandemiyaya görə, yaranan ağır vəziyyət və teatrların fəaliyyətinin dayanmasıdır.