Nikoloz Çxetiani - "Kartu" fondu borcların silinməsinə hazırdır, siyahıları gözləyirik
Nikoloz Çxetiani - "Kartu" fondu borcların silinməsinə hazırdır, siyahıları gözləyirik

Vətəndaşların, borclarının silinməsi barəsində məlumatın qəbul edilməsi imkanları olduğu vebsəhifə hazırdır, lakin bu mərhələdə siyahıların dəqiqləşdirilməsi həyata keçirilir, – bu barədə Birinci Kanala Nikoloz Çxetiani bəyan etdi.

Onun dediyinə görə, bu presedentsiz aksiyadır ki, burada da yüz minlərcə vətəndaş iştirak edir və benefisiyarların göstəricilərinin dəqiqləşdirilməsi lazımdır.

Çxetianinin bəyan etdiyinə görə, borcların bağışlanılması proqramında bütün iri kredit təşkilatı, o cümlədən “Vivus” iştirak edir. Çxetiani qeyd etdi ki, maliyyə təşkilatları ilə məsləhətləşmələr bu vaxta qədər davam edir.

O, dəqiq tarixi konkretləşdirə bilmir, lakin istisna etmir ki, proses dekabrın 15-ə qədər başlasın.

Gürcüstanın 600 minə qədər vətəndaşının banka, onlayn təşkilatlarına və başqa maliyyə institutlarına olan borcları silinəcək. Borcların silinməsi təşəbbüsü “Kartu” fondunun dəstəyi ilə həyata keçiriləcək.