Nikoloz Basilaşvili ATP turnirinin qalibidir (video)

Gürcü tenişçisi, Nikoloz Basilaşvili karyerasında ilk dəfə ATP turnirinin qalibi oldu. O, Almaniyanın Hamburq şəhərində 2 saat 13 dəqiqədə Arqentinalı Leonardo Mayeri məğlubiyyətə uğratdı – 6:4, 0:6, 7:5.

Hamburq turniri Leonardo Mayerin karierasında əhəmiyyətlidir – o, ATP turnirini iki dəfə qazanıb və hər ikisini Almaniyanın bu şəhərində.

Basilaşvili üçün isə karierasında bu üçüncü final idi. 2016-ci ildə İtalyalı Paolo Lorentsiyə, 2017-ci ildə isə, Amerikalı Rayan Harrisona uduzdu. Müvafiq olaraq bu ATP turnirinin üçüncü cəhdi idi.

Bu qələbə ilə Basilaşvili ATP reytinqinin TOP50-nə daxil olacaq.