Nikoloz Antidze Mədəni İrs Abidələrinin Mühafizəsi Milli Agentliyinin baş direktoru vəzifəsini tərk etdi
Nikoloz Antidze Mədəni İrs Abidələrinin Mühafizəsi Milli Agentliyinin baş direktoru vəzifəsini tərk etdi

Gürcüstan Mədəni İrs Abidələrinin Mühafizəsi Milli Agentliyinin baş direktoru, Nikoloz Antiodze vəzifəsini tərk etdi.

Məlumatı Gürcüstanın Birinci Kanalına Mədəniyyət, Gənclərlə iş üzrə və İdman Nazirliyinin mətbuat xidmətində təsdiq etdilər.

İdarədə bəyan edirlər ki, Nikoloz Antidze vəzifəsini şəxsi ərizəsi əsasında tərk etdi. Elə onların məlumatına görə, ərizəni nazir, Tea Sulukiani artıq təmin etdi.

Nikoloz Antidze Mədəni İrs Abidələrinin Mühafizəsi Milli Agentliyinin baş direktoru vəzifəsini 2014-cü ildən tuturdu.