Nikol Paşinyan - Qarşımızda virusun ikinci dağlası durur
Nikol Paşinyan - Qarşımızda virusun ikinci dağlası durur

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına görə, hazırda Ermənistanda koronavirusun ikinci dalğası baş verir.

“Vəziyyəti dəyərləndirdikdən sonra belə qənaətə gəldik ki, karantin tədbirləri adekvatdır, ancaq problem məhdudiyyətlərin qorunmamasıdır” – dedi Paşinyan.

Onun dediyinə görə, hökümət gərəkən tədbir görəcək ki, vətəndaşlar mütləq tibbi maska taxsınlar.

Paşinyanın bəyanatına görə, müxtəlif rayonların avtomobil yollarında yoxlanış məntəqələri yerləşdiriləcək və vətəndaşların maska taxmalarına nəzarət ediləcək.