Nikol Paşinyan - Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır, lakin Azərbaycan yenə də müharibə ritorikasından istifadə edir
Nikol Paşinyan - Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır, lakin Azərbaycan yenə də müharibə ritorikasından istifadə edir

Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır, – bu barədə Ermənistanın baş naziri, Nikol Paşinyan Birinci Kanal ilə eksklüziv müsahibəsində bəyan etdi.

Elə onun dediyinə görə, Azərbaycan müharibə ritorikası və gücdən istifadə edir.

“Bu cür atmosferdə problemin real həlli barəsində söhbət mümkün deyil. Biz beynəlxalq həmdostluqdan Azərbaycanın konstruktiv olması üçün hər şeyi etməsinə çağırırıq və tələb edirik. Sözsüz ki, Ermənistan özünü müdafiə etməyə hazırdır. Lakin biz sülhsevər ölkəyik və müharibəni istəmirik. Əgər müharibə olsa, ölkəmizi və Artsax Respublikasını müdafiə etməyə hazırıq. Milli maraqlarının qorunması üçün konkret addımların atılmasına hazırıq. Lakin hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll olunmalıdır”, – Paşinyan qeyd etdi.

Ermənistanın baş nazirinin dediyinə görə, Ermənistan Dağlıq Qarabağ məsələs üzrə danışıqlara hazırdır.

“Azərbaycan ilə dialoqa Ermənistan Respublikasının adı ilə qatılacam, lakin Artsax Respublikasının öz rəsmi nümayəndəsi olmalıdır”, – Nikol Paşinyan bəyan etdi.

Ruisya ilə əlaqələrə və Vladimir Putin ilə görüşə gəldikdə, Ermənistanın baş naziri qeyd etdi ki, Rusiya prezidenti ilə görüşü Avrasiya İqtisadi İttifaqı zirvə toplantısı çərçivəsində planlaşdırır və Rusiya ilə əlaqələrin inkişafını istəyir.