Nikol Paşinyan - atəşin dayandırlmasını ordu tələb edirdi, çünki bütün ehtiyyat tükəndi
Nikol Paşinyan - atəşin dayandırlmasını ordu tələb edirdi, çünki bütün ehtiyyat tükəndi

Atəşin dayandırlmasını ordu tələb edirdi, çünki bütün ehtiyyat tükəndi, – bu barədə Ermənistanın baş naziri, Nikol Paşinyan sosial şəbəkədə video müraciəti zamanı bəyan etdi.

Nikol Paşinyanın dediyinə görə, hərbi ehtiyyat tam effektli deyildi, çünki hərbçilərin bir hissəsi cəbhə xəttində bütün ay ərzində dayanmadan döyüşüblər.

Ermənistan hökumət başçısının bəyan etdiyinə görə, Dağlıq Qarabağda müəyyən formalı toqquşmalar hələ də davam edir və güman edildiyinə görə, yaxın gələcəkdə dayandırılacaq.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Dağlıq Qarabağın cəbhə xəttində fəal döyüş əməliyyatları dayandırılıb.

Xatırladaq ki, Ermənistanın baş naziri, Nikol Paşinyan gecə bəyan etdi ki, Rusiya və Azərbaycan prezidenti ilə Dağlıq Qarabağda döyüş əməliyyatlarını dayandırmağı nəzərdə tutan razılaşmanı imzaladı. Ermənistanın baş nazirinin bəyanatı Yerevanda etirazla nəticələndi. Yüzlərcə insan Yerevanda, Respublika Meydanına toplaşdı. Nümayişçilərin bir hissəsi hökumət evinə soxuldu. Aksiya iştirakçilarının bir hissəsi Ermənistan Parlamentinin sədrini fiziki təhqir etdi. Ermənistan baş naziri, az sonra yaydığı müraciətində qeyd etdi ki, başqa yolu yoxuydu.

Artıq üçtərəfli razılaşmanın mətni də açıqlandı. Doqquz maddəli razılaşmanın maddələrindən biri, Qarabağda 2 000-ə qədər rus hərbçisinin yerləşdirilməsini nəzərdə tutur.