Nika meliya - partnyor ölkələrin səfirlərinə müraciət edirəm, mənimlə birlikdə durun və ədalətsizliyə etiraz edin
Nika meliya - partnyor ölkələrin səfirlərinə müraciət edirəm, mənimlə birlikdə durun və ədalətsizliyə etiraz edin

Dostlarıma da və ölkəmizdə olan partnyor ölkələrin səfirlərinə də müraciət edirəm, mənimlə birlikdə durun və ədalətsizliyə etiraz edin, – bu barədə “Milli Hərəkatın” liderlərindən biri, Nika Meliya bəyan etdi.

Onun dedyinə görə, hakimiyyət seçkiləri Qldani rayonunda uduzmağı ən çox istəmirdi.

“Kriminallardan o qədər asılıdılar ki, istəsələr də, dayandıra bilməyəcəklər, siz başa düşürsünüzmü? Onları nifrət narahat edir, siyasi nifrət də, o cümlədən əgər haradasa uduzmaq istəmirdilərsə, bu Qldani idi, lakin uduzdular. Əsas mübarizəni uduzacaqlar, maskanızı sonuna qədər açacam. Bir kim cəhd edib deməsin ki, bununla barışmalıyam. Dostlarıma da və ölkəmizdə olan partnyor ölkələrin səfirlərinə də müraciət edirəm, mənimlə birlikdə durun və ədalətsizliyə etiraz edin. Bəyəm görmürsünüzmü ki, zoraklıq edirlər, görmürsünüzmü ki, ölkədə çox böyük destabilizasiya əmələ gətirə biləcək mərmilər get-gedə yaxına düşür. Elə gərək anlıma və ya mənim dostlarımın anlına gülləmi vursunlar ki, başa düşəsiniz? Seçkilərdə zoraklıq etdilər və yenə də zoraklıq etməyi planlaşdırırlar? Geri çəkilmək yoxdu və bunda tamamilə ciddiyəm”, – meliya bəyan etdi.