Nika Meliya -hakimiyyət yeni seçkilər təyin etməsə, "Milli Hərəkatın" siyahısı ilə keçən heç bir insan Parlamentə daxil olmayacaq
Nika Meliya -hakimiyyət yeni seçkilər təyin etməsə, "Milli Hərəkatın" siyahısı ilə keçən heç bir insan Parlamentə daxil olmayacaq

“Milli Hərəkatın” üzvü, Nika Meliyanın bəyan etdiyinə görə, siyasi böhranın dəf edilməsi yolu azad mühitdə keçirilən yeni seçkilərdir.

Elə onun dediyinə görə, “Gürcü Arzusu” güzəştə getməli olacaq.

“Hakimiyyət bizim şərtlərimizi bilir, 31 oktyabrda anti-dövlət addımını atan, siyasi böhranı yaradan hakimiyyət, susur. Bunu indi dəf etmək lazmdır. Nə cür? Yalnız və yalnız yeni seçkilərlə. Azad mühitdə keçirilən yeni seçkilərlə. Xalqın səslərini mənimsəyən “Gürcü Arzusu” güzəştə getməli olacaq”, – Meliya bəyan etdi.

Plebissit barəsində suala cavab olaraq Meliya bəyan etdi ki, nəyin səsləndirildiyini bilmir, onun partiyasının qərarıdır ki, hakimiyyət yeni seçkilər təyin etməsə, “Milli Hərəkatın” siyahısı ilə keçən heç bir insan Parlamentə daxil olmayacaq.

“Bilmirəm nə səsləndirildi, partiyamız qərar qəbul edib ki, bu da siyasi şura tərəfindən qanuniləşdirilibdir ki, əgər hakimiyyət yeni seçkilər təyin etməsə, “Milli Hərəkatın” siyahısı ilə keçən heç bir insan Parlamentə daxil olmayacaq”, – Meliya qeyd etdi.