Nika Melia və “Gürcü Arzusu” partiyasının deputatlarının olduğu Vazisubanidəki seçki məntəqələrindən birində fiziki qarşıdurma baş verib
Nika Melia və “Gürcü Arzusu” partiyasının deputatlarının olduğu Vazisubanidəki seçki məntəqələrindən birində fiziki qarşıdurma baş verib

 

Tbilisidə, Nika Melia və “Gürcü Arzusu” partiyasının deputatlarının olduğu Vazisubanidəki seçki məntəqələrindən birində fiziki qarşıdurma baş verib.

“Gürcü Arzusu”-nun deputatı Beka Davitulianinin sözlərinə görə, Nika Melia seçkilərdə uduzub, indi o gəzərək, təxribatlar təşkil edir.

“Nika Melia seçkiləri uduzdu və təxribat axtarışındadır. Hara getsə də, onu bütün məntəqələrdə qarşılayacaqlar. Kaxa Kaladze bu rayonu qazanıb və bu adam təxribata görə buradadır. “Gürcü Arzusu”-nun bir səsi də itirilməyəcək”, – deyə Davituliani bildirib.

Bununla yanaşı, Nika Melia seçki məntəqəsində işığın qəsdən söndürüldüyünü və cinayətkar qrupların səfərbər edildiyini qeyd edib.

“Hər yerin işıqlı olduğu bir zamanda seçki məntəqəsində işıq söndürülüb. Cinayətkar dəstəni səfərbər ediblər. Bunun başında deputatlar dayanır. Nə qədər çalışsan da, jurnalistlərə qarşı zorakılıq etsən də, insanları qanunsuz olaraq həbs etsən də Kaladze bu sənin yanına qalmayacaq. Biz hansı mübarizədə apardığımızı dəqiq bilirik. Buna qoşulmaqda maraqlı deyilik”-deyə Nika Melia bildirib.