Nika Melia -Ondan  eşitməli olduğum aydın səsimin olmaması halında, seçicilərimə necə deyim ki, ABŞ-ın  bu ölkədəki səfiri  demokratiyanın keşiyində durur
Nika Melia -Ondan eşitməli olduğum aydın səsimin olmaması halında, seçicilərimə necə deyim ki, ABŞ-ın bu ölkədəki səfiri demokratiyanın keşiyində durur

Milli Hərəkatın üzvü Nika Melianın sözlərinə görə, onun və bir neçə insanın məhkəmə proseslərinin yenilənməsi təsadüfi deyil.

Melianın sözlərinə görə,köhnə işlərin yenilənməsinə dair siyasi qərar verilib.Lakin Melia izah edir ki, məhkəmə prosesinin şamil olunduğu şəxslər saxlanılmaqdan qorxmurlar.  

Melianın qiymətləndirməsinə görə,  bu səfirlərin iştirakı ilə danışıqların davam etdiyi bir fonda  ticarət prosesinin açılması deməkdir. 

 Melia bildirir ki,yaranmış vəziyyət ilə əlaqədar səfirlərin mövqeyini gözləyir.

„Üçüncü raundadək səfirlərin iştirakı ilə danışıqların aparıldığı bir zamanda proseslərin rejim,hökumət tərəfindən açılmasına fikrimcə ən azı belə bir şəxsi gözləntim var ki, istər ABŞ ,istərsə də  AB-nin səfiri mövqe bildirməlidir. Bu gün məhkəməyə çağrılmalarla  bağlı prosesin açılmasını eşitməsəm belə, yenə də gözləntim var ki, strateji dövlətlərin nümayəndələri, səfirlərin adından ölkəmizdə , kim olmasından asılı olmayaraq qaraya ağ deməməlidirlər.

Əgər biz ictimaiyyətin böyük bir hissəsi,bütün QHT-ları, siyasi müxalifət partiyaları  və ən əsası, xalq ölkədə seçkilərin keçirilmədiyini  , ölkənin bir şəxsli, qeyri-formal idarəçi tərəfindən idarə olunduğunu  , zaman- zaman müstəqil mətbuatın təqib olunduğunu ,insanların əsirlikdə olduğunu görürüksə , daha sonra  isə səninlə ticarət edirlər ki, əgər bütün bunlar hər hansı bir səfir tərəfindən görülməyibsə, o deyir ki, bu belə olmur,zənnimcə bu cür səfirin ölkəmə yönəlik səmimi köməyi ilə razılaşmamaq kimi adi hüququm var.

Qərb dəyərlərini müdafiə etməyən, ölkədə  azad sözün təmin edilməsinə,ölkənin birdəfəlik və ömürlük oliqarxik girdabdan çıxması üçün  seçkilərin keçirilməsinə çalışmayan istənilən səfir , o zaman mənim necə müttəfiqim olursan?  Əgər Rusiya səfirliyi ölkəmizdə olsa  və Rusiya səfiri  siyasi məqsədəuyğunluqdan irəli gələrək  desə ki, nə cəfəngiyyat, nə oliqarx, seçkilər keçirilməyib ? Necə keçirilməyib,axı orda bəzi müşahidəçilər normal şəkildə keçirildi deyə yekun protokol yazıblar.Üzr istəyirəm,o zaman nə fərq var?  McDonalds Yaroslavda da  , Yesentukidə də, Kislavodskidə də , hər yerdə var.Biz bu ölkədə qərb dəyərlərini gücləndirmək istəyirik,övladlarımızın gələcəyi olsun.Bütün bunlara kürəyini çevirən insanın kim olmasından və hansı missiyanı yerinə yetirməsindən asılı olmayaraq, olduqca yumşaqcasına qiymətləndirirəm, mənim onun səmimiliyinə ciddi şübhələrim yaranır “.

Nika Melianın sözlərinə görə, müxalifət nümayəndələri vəzifə üçün deyil, hökumətin seçki yolu ilə dəyişməsi imkanları üçün mübarizə aparırlar.