"NDI" tədqiqatına əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqüamətilə hökumətin fəaliyyətini sorğu olunanların 60 faizi yaxşı dəyərləndirir
"NDI" tədqiqatına əsasən, koronavirus pandemiyası ilə mübarizə istiqüamətilə hökumətin fəaliyyətini sorğu olunanların 60 faizi yaxşı dəyərləndirir

Ümumilikdə, Gürcüstan hökuməti koronavirus pandemiyasının qarşısını nə cür aldı sualına 60 faizi cavab verdi ki, yaxşı. 33 faizinin fikrincə, hökumət pandemiya ilə pis mübarizə apardı. Yeddi faizi isə, cavab verdi ki, bilmir.

Noyabr göstəriciləri ilə müqayisədə hökumətin fəaliyyətinin dəyərləndirilməsi artıb. Hökumətin fəaliyyətini nə cür dəyərləndirədiniz sualına, hökumətin fəaliyyətini yaxşı dəyərləndirən respodentlərin sayı 30-dan 50 faizə qədər artdı. Noyabr ilə müqayisədə mənfi cavabın göstəricisi 64 faizdən 38 faizə qədər azaldı. Suala 11 faizi cavab verdi ki, bilmir.

“NDI” təşkilatının məlumatına görə, tədqiqat Gürcüstan miqyası ilə 2020-ci il 17-24 dekabrda, 2 053 telefon müsahibəsi nümayəndəlik seçimi əsasında keçirildi. Sorğunun səhvi +- 1.1 faizdir. Respodentlər təsadüfi nömrəyə zəng etmə metodu ilə seçildilər.