"NDI" tədqiqatına əsasən, Giorgi Qaxariyanın fəaliyyətini sorğu olunanların 46 faizi müsbət dəyərləndirir
"NDI" tədqiqatına əsasən, Giorgi Qaxariyanın fəaliyyətini sorğu olunanların 46 faizi müsbət dəyərləndirir

“NDI” tədqiqatına əsasən, Gürcüstanın baş naziri, Giorgi Qaxariyanın fəaliyyətini sorğu olunanların 46 faizi müsbət (çox yaxşı və yaxşı) dəyərləndirir. Qaxariyanın fəaliyyətini sorğu olunanların 46 faizi orta, mənfi (pis və çox pis) isə, 17 faizi dəyərləndirir.

Baş nazirin fəaliyyətinin dəyərləndirilməsi, 2019-cu ilin noyabrı ilə müqayisədə, 21-dən 46 faizə qədər artıb.

İnstitutlar arasında ikinci yerdə Mərkəzi Seçki Komissiyasıdır. Onun fəaliyyəti yaxşı 21, orta 27, pis və çox pis olaraq 31 faizlə dəyərləndirildi.

Parlamentin fəaliyyəti yaxşı 15, orta 34, mənfi olaraq 35 faizlə dəyərləndirildi.

Prezident Salome Zurabişvilinin fəaliyyəti yaxşı və çox yaxşı 14, orta 34, pis və çox pis olaraq 35 faizlə dəyərləndirildi.

“NDI” təşkilatının məlumatına görə, tədqiqat Gürcüstan miqyası ilə 2020-ci il 17-24 dekabrda, 2 053 telefon müsahibəsi nümayəndəlik seçimi əsasında keçirildi. Sorğunun səhvi +- 1.1 faizdir. Respodentlər təsadüfi nömrəyə zəng etmə metodu ilə seçildilər.