NBC - Tramp Baydenin inauqurasiyasında iştirak etməyəcək və həmin gün 2024-cü ilin prezident seçkiləri üçün kampaniyaya başlayacaq
NBC - Tramp Baydenin inauqurasiyasında iştirak etməyəcək və həmin gün 2024-cü ilin prezident seçkiləri üçün kampaniyaya başlayacaq

NBC-nin yaydığı məlumata görə, Donald Tramp Co Baydenin inauqurasiyasında iştirak etməyəcək və həmin gün 2024-cü ilin prezident seçkiləri üçün kampaniyaya başlayacaq.

Teleşirkətin məlumatına görə, onlara bir neçə anonim mənbədən məlumat gəldi ki, Donald Tramp Co Baydenin prezidentliyə and içmə mərasimində iştirak etməyəcək.

Həmin mənbələrin məlumatına görə, Tramp Co Baydeni Ağ Evə də dəvət etməyəcək və onunla telefonla da danışmayacaq.

ABŞ tarixində bir neçə presedent olub, hansında qüvvədə olan prezident yeni seçilən prezidentin inauqurasiyasında iştirak etməyib.

Con Adams, Con Kuin və Endryu Conson, onları əvəz edən prezidentlərin inuaqurasiyalarına getmədilər.

Eyni hərəkəti Riçard Nikson də etdi, hansı ki, istefa verdikdən sonra Cerad Fordun and içmə mərasimində iştirak etmədi.