"Natsizmə yox" hərəkatı bu gün "7 noyabrı xatırlayırıq" adlı sülh yürüyüşü keçirəcək
"Natsizmə yox" hərəkatı bu gün "7 noyabrı xatırlayırıq" adlı sülh yürüyüşü keçirəcək

“Natsizmə yox” hərəkatı bu gün “7 noyabrı xatırlayırıq” adlı sülh yürüyüşü keçirəcək.

“Natsizmə yox” adlı xalq hərəkatı sülh yürüyüşünü noyabrın 7-də, saat 16:00-da Rustaveli caddəsində keçirəcək.

Hərəkatın təsisçiləri Mixeil Saakaşvili iqtidarı zamanı zərər görən vətəndaşlar, siyasi məhbuslar və övladları öldürülən valideynlərdir. Onlar vətəndaşlara müraciət edirlər ki, prezident seçkilərində daha fəal olsunlar və Saakaşvilinin zorakılıq rejiminə həmişəlik yox desinlər.

Bununla yanaşı, bu gün saat 14:00-da Rustaveli teatrında ictimaiyyətin nümayəndələri yığılacaqlar və 2007-ci ilin noyabrın 7-də baş verən hadisələri qınayacaqlar.