NATO-nun bəyannaməsi - biz açıq qapı siyasətinə sadiq qalırıq
NATO-nun bəyannaməsi - biz açıq qapı siyasətinə sadiq qalırıq

NATO, London görüşündən sonra birgə bəyannamə dərc etdirir. Burada qeyd olunub ki, NATO Avropa və Şimali Amerika arasında transatlantik birliyi bir daha təsdiq edir, yenə də kollektiv müdafiənin əsası olaraq qalır.

Bəyannamədə NATO əsas təhlükə olaraq Rusiyanın aqressiv hərəkətlərini, terrorizmi, nəzarətsiz miqrasiyanı, kiber və hibrid təhlükələri müzakirə edir.

Bəyannaməyə əsasən, NATO-nun üzvləri müdafiə sahəsində sərmayələri artırırlar və son beş il ərzində Kanada və Avropa ölkələri tərəfindən əhəmiyyətli dərəcədə xərclər artıb.

“NATO müdafiə aliyansıdır və heç bir ölkəyə təhlükə yaratmır. Biz qərar verdik ki, qüvvələrimizin istənilən vaxt, istənilən istiqamətdən, istənilən təhlükəyə qarşı hazır olmasını yaxşılaşdıraq. Biz Rusiya tərəfindən yeni, orta məsafəyə uçan raketlərin yerləşdirilməsinə, proqnozlaşdırılmış və məsuliyyətli yolla yanaşacağıq.

Dəniz və havada bizim azadlığımızın qorunması üçün hərəkətlərimizi fəallaşdırırıq. Nüvə silahı olana qədər, NATO nüvə aliyansı olaraq qalacaq. Biz Rusiya ilə, bu imkanları mümkün edəndə, dialoqa yenə açığıq”, – sənəddə deyilir.

NATO bəyannaməsinə uyğun olaraq, aliyans qonşuluqda partnyorluğu gücləndirdi, Əfqanıstanda uzunmüddətli sabitlik istəyir, BMT ilə əməkdaşlığı artırır və NATO-Aİ əməkdaşlığının presedentsiz tərəqqisi var.

NATO liderləri görüşü Londonda 3-4 dekabrda keçirilirdi.