NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstana gəldi
NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstana gəldi

NATO-nun baş katibi, Yens Stoltenberq Gürcüstana gəldi. Stoltenberqin təyyarəsi Tbilisi Beynəlxalq Aeroportuna az öncə endi.

Yens Stoltenberq rəsmi görüşlərə sabah başlayacaq.

Martın 25-də, NATO-nun baş katibi hökumət administrasiyasında Gürcüstanın baş naziri, Mamuka Baxtadze ilə görüşəcək. Bundan sonra media üçün birgə bəyanatlar veriləcək.

Həmçinin onun Gürcüstan prezidenti Salome Zurabişvili və Parlamentin sədri İrakli Kobaxidze ilə görüşləri planlaşdırılıb.

Səfər çərçivəsində, Yens Stoltenberq “NATO-Gürcüstanın birgə hərbi təlimləri və dəyərləndirmə mərkəzini (JTEC) ziyarət edəcək.