NATO-da Kanada missiyası - Gürcüstan və Ukrayna ilə əməkdaşlıq bütün Qara Dəniz bölgəsinin təhlükəsizliyinin təmin olunmasına yardım edir
NATO-da Kanada missiyası - Gürcüstan və Ukrayna ilə əməkdaşlıq bütün Qara Dəniz bölgəsinin təhlükəsizliyinin təmin olunmasına yardım edir

Gürcüstan və Ukrayna ilə əməkdaşlığımız bütün Qara Dəniz bölgəsinin təhlükəsizliyinin təmin olunmasına yardım edir. Bu barədə NATO-da Kanada missiyasının “tvitter” səhifəsində yazılıb.

“Biz, NATO-nun partnyorlar – Gürcüstan və Ukrayna ilə virtual görüşdən məmnunuq.

Bizim Gürcüstan və Ukrayna ilə praktiki və siyasi əməkdaşlığımız, bütün Qara Dəniz bölgəsinin təhlükəsizliyinin təmin olunmasına yardım edir.Birlikdə biz güclüyük”, – bəyanatda deyilir.