Natiya Turnava - əgər Rusiya ilə uçuşlar bərpa olunsa, bazarımız üçün bu müsbət inkişaf olacaq
Natiya Turnava - əgər Rusiya ilə uçuşlar bərpa olunsa, bazarımız üçün bu müsbət inkişaf olacaq

Əgər Rusiya ilə uçuşlar yaxın perspektivdə bərpa olunsa, bu müsbət siqnal və bazarımız üçün müsbət inkişaf olacaq, – İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava hökumət iclasının başa çatmasından sonra bəyan etdi.

Natiya Turnavanın bəyan etdiyinə görə, baxmayaraq ki, hakimiyyət turist sənayesi və mehmanxanalara maksimal olaraq dəstək oldu, mənfi tendensiya hələ də aradan qaldırılmayıb.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov sentyabrın 26-da bəyan etdi ki, o, Gürcüstanla aviareyslərin bərpasının tərəfdarıdır. Elə onun dediyinə görə, Gürcüstan ilə aviareyslərin bərpası düzgün addım olacaq.

Rusiya Gürcüstanla aviareysləri iyulun 8-də dayandırdı.