Natiya Turnava bəyan edir ki, vaksin ilə bağlı Mixeil Saakaşvilinin bəyanatı növbəti yalandır və qeyri ciddidir
Natiya Turnava bəyan edir ki, vaksin ilə bağlı Mixeil Saakaşvilinin bəyanatı növbəti yalandır və qeyri ciddidir

Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf naziri, Natiya Turnava bəyan edir ki, vaksin ilə bağlı Gürcüstan yalnız kovaks platformasında deyil, eləcə də çatdıran şirkətlər və başqa ölkələr ilə fəal işləyir.

Natiya Turnavanın qeyd etdiyinə görə, vaksin ilə bağlı Mixeil Saakaşvilinin bəyanatı növbəti yalandır.

Mixeil Saakaşvili bəyan etdi ki, Malta lazım olduğundan bir milyon artıq vaksin aldı və qərar verdi ki, vaksini daha yoxsul ölkələrə, o cümlədən Gürcüstanın da daxil olduğu kateqoriya ölkələrinə paylasın. Bunun üçün isə, Gürcüstan hakimiyyəti hərəkət etməlidir.

“Bu qeyri ciddi bəyanatdır. Maltanın özünə, özü üçün vaksini yetmir. Vaksin bütün dünyada problemdir. Malta 80 min doza tələbi ilə indi müvafiq strukturlara müraciət etdi. Vaksin dozaları Avropa İttifaqında 60 faizlə azdır. Saakaşvilinin bəyanatı həqiqətə uyğun deyil. Biz çox fəal işləyirik, yalnız kovaks platformasında deyil, eləcə də çatdıran şirkətlər və başqa ölkələr ilə”, – Turnava bəyan etdi.