Natiya Mezvrişvili - oğru aləminin üzvünün və qanuni oğrunun sərhədi keçməsi zamanı yaxalanma barəsində qanunlayihə ilə heç bir şey dəyişməyib
Natiya Mezvrişvili - oğru aləminin üzvünün və qanuni oğrunun sərhədi keçməsi zamanı yaxalanma barəsində qanunlayihə ilə heç bir şey dəyişməyib

Oğru aləminin üzvünün və qanuni oğrunun sərhədi keçməsi zamanı yaxalanma barəsində qanunlayihə ilə heç bir şey dəyişməyib, – bu barədə Daxili İşlər Nazirinin müavini, Natiya Mezvrişvili bəyan etdi.

Oğru aləminə qarşı qanunvericilik dəyişiklikləri layihəsi ilə bağlı Mezurnişvilinin şərhini Daxili İşlər Nazirlkiyinin mətbuat xidməti yayır.

“Bu insanlar sərhədi keçən kimi hüquqmühafizəçilər onları dərhal yaxalayacaqlar. Bir sözlə bu baxımından qaninlayihəsində heç bir şey dəyişməyib. Əksinə daha da sərt yanaşmaları nəzərdə tutur.

Məsələn oğru aləminin üzvlüyü və qanuni oğru üşün sanksiyalar 15 ilə qədər artırılır. Həmçinin bu gün cəzalandırılmayan bir neçə hərəkət cəzalandırılan kimi bəyan olunur. Məsələn oğru aləminin üzvünə müraciət cinayət hesab olunacaq. İstənilən şəxs tərəfindən oğru toplantısının təşkil edilməsi kifayət qədər sərt sanksiya ilə cəzalandırılacaq. Oğru aləminin üzvünün və qanuni oğrunun, qanuni oğru fəaliyytinin istənilən formada dəstəklənməsi cəzalandırılacaqdır. Qanunvericilik bir sıra istiqmətlər üzrə sərtləşdirildi”, – Natiya Mezvrişvili bəyan edir.