Natiya Mevzrişvili - seçkilər bölgələrin hamısında dinc şəraitdə keçirilir
Natiya Mevzrişvili - seçkilər bölgələrin hamısında dinc şəraitdə keçirilir

Daxili İşlər Nazirliyində mövcud olan məlumata görə, seçkilər bölgələrin hamısında dinc şəraitdə keçirilir, – bu barədə brifinqdə Daxili İşlər nazirinin müavini, Natiya Mevzrişvili bəyan etdi.

Onun dediyinə görə, polis səlahiyyətinə aid olan mümkün qanun pozuntusunun 29 faktı qeydə alındı. Buna da müvafiq münasibət bildirildi. Bununla yanaşı yoxlanıldıqdan sonra 15 fakt təsdiq olunmadı.

7 iş üzrə isə, ərizəçilər fiziki təhqirə, hədə-qorxu faktlarına işarə edirdilər. İstintaq GCM-nin müvafiq maddələri ilə başladı. İstintaqa həmçinin o cümlədən Batumi, Marneuli, Siğnaği, Kaspi, Samtrediya və Axalkalakidə baş verən insidentlər barəsində başlanıldı.

Onun məlumatına görə, Marneulidə ağızlaşmada iştirak edənlər, hadisə yerinə gedən hüquqmühafizəçilərə müqavimət göstərdilər. Buna görə də, hüquqmühafizəçilər “Milli Hərəkatın” bir və “Gürcü Arzusunun” bir üzvünü yaxaladılar.

Daxili İşlər naziri müavininin məlumatına görə, qeyd olunan fakt çərçivəsində müvafiq istintaq tədbirləri görülür.