Natiya Mevzrişvili bəyan edir ki, Dİ naziri Parlamentə getməyə hazırdır
Natiya Mevzrişvili bəyan edir ki, Dİ naziri Parlamentə getməyə hazırdır

Daxili İşlər nazirinin müavini, Natiya Mevzrişvili bəyan edir ki, Dİ naziri Giorgi Qaxariya qanunvericilik orqanına getməyə hazırdır.

Jurnalistlərlə söhbəti zamanı Mevzrişvili qeyd etdi ki, nazirin Parlamentə gədəcəyi tarix dəqiqləşdiriləcək.

“Biz hazırıq, nazir hazırdır ki, Parlamentə gəlsin və Nazirliyin fəaliyyəti və gələcək planlarına aid olan bütün suallara cavab versin”, – Mevzrişvili bəyan etdi.

Dİ nazirinin qanunvericilik orqanına gəlməsini azlıq tələb etdi.