Natia Zedgenidze - Şagirdlər üçün problem yaranmayacaq, buraxılış imtahanlarının ləğv olunması ilə bağlı qanunlayihə səs verməyə yenə çıxardılacaq
Natia Zedgenidze - Şagirdlər üçün problem yaranmayacaq, buraxılış imtahanlarının ləğv olunması ilə bağlı qanunlayihə səs verməyə yenə çıxardılacaq

Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirinin müavini Natia Zedgenidze bəyan edir ki, məktəb buraxılış imtahanlarının ləğv olunması ilə bağlı qanunlayihənin parlamentdə təsdiqlənməməsinə rəğmən, şagirdlər üçün problem yaranmayacaq.

“Qeyd olunan qanunlayihə yaxın günlərdə yenə müzakirəyə çıxardılacaq və ümid edirəm ki, ikinci dəfədə, nəhayət təsdiqlənəcək” – dedi Natia Zedgenidze.

Məktəblərdə buraxılış imtahanlarının ləğv olunması ilə bağlı hazırlanan qanunlayihə parlamentin bu günki iclasında təsdiqlənmədi.

“Ümumi təhsil haqqında” qanunlayihəyi sadəcə 54 deputat dəstəklədi.