Natia Turnava - ticarət obyektlərində tədarük ilə bağlı problem yoxdur
Natia Turnava - ticarət obyektlərində tədarük ilə bağlı problem yoxdur

İqtisadiyyat naziri Natia Turnavanın sözlərinə əsasən, ticarət obyektlərində tədarük baxımından problem yoxdur.

Onun sözlərinə görə, narahat olmaq üçün heç bir əsas yoxdur və məhsulların ticarət şəbəkələrinə çatdırılması adi qaydada aparılır.

“Dünən ticarət obyektlərində, o cümlədən ərzaq mağazaları və mağaza şəbəkələrində vəziyyət ilə tanış oldum. Mövcud vəziyyət barədə danışdıq. Ölkədə normal ehtiyyatın olduğundan əmin olduq. Çatdırılmanın bütün logistik zəncirini gözdən keçirdik. Sizi əmin etmək istəyirəm ki, bu baxımdan narahatlığa səbəb yoxdur, çünki mağazalar adi qaydada tədarük olunurlar. Onların anbarları çox tez-tez dolur. Mallar, o cümlədən ilkin istifadə məhsulları davamlı şəkildə ticarət obyektlərinə çatdırılır.

Vətəndaşlarımıza demək istəyirəm ki, tədarük dayanmayacaq. Mallar hər gün yenilənir və təchizat baxımından heç bir problem yoxdur. Biz ölkəyə sərnişinlərin daxil olmasını məhdudlaşdırdıq, ərzaq ehtiyyatı və yük daşımalara gəlincə isə, əlimizdən gələni edirik və bölgə ölkələri ilə birgə razılaşma və koordinasiya çərçivəsində hərəkət edirik.

Narahat olmaq üçün heç bir səbəb yoxdur “- deyə Natia Turnava bildirib.

 

Müəllif – Sevinc Mustafayeva