Natia Turnava - Tarixi bir prosesin iştırakçılarıyıq, Gürcüstandan keçərək, Avropaya Kaspi qazı ötürülür
Natia Turnava - Tarixi bir prosesin iştırakçılarıyıq, Gürcüstandan keçərək, Avropaya Kaspi qazı ötürülür

Bu real oldu və hamımız tarixi bir prosesin iştirakçılarıyıq, Gürcüstan ərazisindən keçərək, Avropaya Kaspi qazı ötürülür. Şahdənizin ikinci fazasından sonra, TANAP layihəsi də müvəffəqiyyətlə işə salındı və indi də, Trans-Adriatika borusu işləyir, – bu bəyanatı Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnava verdi.

Nazir Cənub Qaz Dəhlizinin müşavirlər şurasının ministerialında iştirak etdi, hansı ki, bu il onlayn-konfrans formatında keçirildi.

Tədbiri İlham Əliyev açdı.

Onlayn-konfransda Natia Turnava da nitqlə çıxış etdi.

Onun dediyinə görə, cari ilki ministerial ən müvəffəqiyyətlilərdən biridir, çünki pandemiyaya baxmayaraq, bütün layihələr həyata keçirildi.

Natia Turnavanın dediyinə görə, Gürcüstan əhalisi üçün Şahdənizdən alınan pulsuz qazın həcminin artırılması Gürcüstan əhalisi üçün müsbət haldır və ölkənin enerji müstəqilliyini möhkəmləndirəcək.