Natia Turnava - Özəl biznesdən istifadə etməliyik, iş yerləri yaratmalıyıq və dayanmış dövlət obyektlərini işə salmalıyıq
Natia Turnava - Özəl biznesdən istifadə etməliyik, iş yerləri yaratmalıyıq və dayanmış dövlət obyektlərini işə salmalıyıq

İqtisadi siyasət və lari kursu bir neçə faktordan ibarətdir, və bunda sadəcə Milli Bankın kontribusiyası deyil, digər idarələrin kontribusiyası (qatqısı) da olacaq, – bu barədə bəyanatı jurnalistlərlə söhbət zamanı İqtisadiyyat və Stabil İnkişaf Naziri Natia Turnava verdi.

Onun dediyinə görə, lari kursunun möhkəmlənməsi üçün gərəkən komponentlərdən biri də biznesə dəstək vermək və tezləşdirilmiş privatizasiyadır.

“Olduqca ciddi ambisiyalarımız var. Bu il işlərimiz yaxşı gedir, ancaq sonuna qədər razı deyilik.

Minə yaxın dövlət müəssisələrimiz funksiyasını itirib və onları işlətməyi planlayırıq. Hər şeyi etməliyik ki, əlavə iş yerləri yarada bilək” – dedi Natia Turnava.