Natia Turnava - Biznesə vaxtından tez işləmək imkanını verdik, ancaq bütün qaydaların qorunmasını da tələb edirik
Natia Turnava - Biznesə vaxtından tez işləmək imkanını verdik, ancaq bütün qaydaların qorunmasını da tələb edirik

Gürcüstanın İqtisadiyyat Naziri Natia Turnavanın bəyanatına görə, ölkədə mövcud olan epidemioloji vəziyyət məhdudiyyətlərin bir-iki həftə planlaşdırıldığından tez qaldırılması üçün imkan verdi.

Nazirin dediyinə görə, bu rasiyonal bir addım idi, ancaq işləməsinə icazə verilən bizneslər də müvafiq qaydaları qorumalıdırlarr ki, ölkədə epid-vəziyyət pisləşməsin.

“Biz epid-vəziyyəti müvəffəqiyyətlə qoruyaraq, o nöqtəyə gətirə bildik ki, bazarları və restoranların açıq məkanlarına vaxtından öncə işləmə icazəsini verə bildik.

Ancaq əlbəttə ki, biz biznesi şərtsiz açmadıq. Bizneslərin məsuliyyətidir ki, epid-vəziyyət daha da ağırlaşmasın və qərarımızı yenidən mənfi baxımdan gözdən keçirməyək.

Biznesə vaxtından tez işləmək imkanını verdik, ancaq bütün qaydaların qorunmasını da tələb edirik. Əminəm ki, məsuliyyətli bizneslər bu məsələyə ciddi yanaşacaqlar” – dedi İqtisadiyyat Naziri.