Natia Turnava - Biz və müxalifət bir çox məsələdə heç vaxt razılığa gələ bilməyəcəyik,çünki biz başqa məsuliyyətdən irəli gələrək danışır və  hərəkət edirik
 Natia Turnava - Biz və müxalifət bir çox məsələdə heç vaxt razılığa gələ bilməyəcəyik,çünki biz başqa məsuliyyətdən irəli gələrək danışır və  hərəkət edirik

 Komandam və mən bütün suallara tam cavab verdik. Əlbətdə ki, biz və müxalifət bir çox məsələdə heç vaxt razılığa gələ bilməyəcəyik ,bu isə təbiidir.  Biz başqa məsuliyyətdən irəli  gələrək hərəkət edir və danışırıq.Onlar isə bir tək yüksək səslə söylədikləri bəyanatlara görə cavab verir və ya bəzən heç buna görə də məsuliyyət götürmürlər.Biz sakinlər qarşısında öz əməllərimizə  cavabdehik-bu barədə Natia Turnava  Parlamentin Sahə İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin qapalı dinləməsi başa çatdıqdan sonra bildirib.

 Nazir parlament komitəsinin dinləməsini ″işgüzar″ və ″məhsuldar″  kimi qiymətləndirib.

“İstənilən  halda, həm müxalifətdən, həm də əksəriyyətdən olan millət vəkilləri ilə oxşar və ya digər formatlı dinləmələr ,görüşlər yaxşıdır ” –deyə o bildirib.

Natia Turnavanın sözlərinə görə, bu cür dinləmələr həmişə fayda gətirir, lakin onların başa çatmasından sonra  kameralar    müxalifətə şərh edərkən   sehrli şəkildə təsir edir.

 “Kameralar müxalif deputatlara olduqca sehrli bir  şəkildə təsir edir, bu  daha çox onların siyasi gündəmi ilə  diktə olunur. Müxalifət millət vəkilləri cavablarımızı dinlədilər və düşünürəm ki, hər şeyi yaxşı başa düşdülər “-deyə Turnava qeyd edib.

 

Hazırladı-Sevinc Mustafayeva