Natia Turnava - Biz öz vədimizi yerinə yetirdik və Gürcüstanın 384 yaşayış məntəqəsinə, 2021-ci ilin sonuna qədər təbii qaz çəkiləcək
Natia Turnava - Biz öz vədimizi yerinə yetirdik və Gürcüstanın 384 yaşayış məntəqəsinə, 2021-ci ilin sonuna qədər təbii qaz çəkiləcək

Gürcüstanda aparılan qazifikasiya işlərinin hesabatı və gələcək planları haqqında, Tsalencixada keçirilən təqdimatdan sonra, İqtisadiyyat və Stabil İnkişaf naziri Natia Turnava yerli ailələrlə görüşdü və qazifikasiya şəbəkəsinə qoşulmalarını şəxsən təbrik etdi.

Munisipalitetdə yaşayan sosiyal cəhəddən müdafiyəsiz iki ailəyə qaz nəqliyyat şirkəti hədiyyə olaraq, qaz peçləri hədiyyə etdi.

“Sevinirəm ki, bugün mənə imkan verildi ki, yerli ailələrdə simvolik olaraq, qaz peçini şəxsən qurum, çünki bir neçə ay bundan öncə, buradaydıq və əhaliyə söz verdik ki, burada qazifikasiyanın tarixi layihəsini həyata keçirəcəkdik.

Tsalencixa üçün bu həqiqətən də tarixi hadisədir, çünki indiyə qədər Tsalencixaya təbii qaz heç vaxt çəkilməyib.

Geniş-miqyaslı üç illik qazifikasiya planı çərçivəsində, sadəcə Tsalencixada deyil, Gürcüstanın 384 yaşayış məntəqəsində, 2021-ci ilin sonuna qədər hər aliəyə təbii qaz çəkiləcək” – dedi Natia Turnava.

Bu haqda məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.