Natia Turnava - Beynəlxalq reytinqlərə əsasən, biz turizm sahəsində ən təhlükəsiz ölkələrdən biriyik və bunu kimsə sual işarəsi altına qoymamalıdır
Natia Turnava - Beynəlxalq reytinqlərə əsasən, biz turizm sahəsində ən təhlükəsiz ölkələrdən biriyik və bunu kimsə sual işarəsi altına qoymamalıdır

Beynəlxalq reytinqlərə əsasən, biz turizm sahəsində ən təhlükəsiz ölkələrdən biriyik və bunu kimsə sual işarəsi altına qoymamalıdır, – bu barədə bəyanatı iqtisadiyyat naziri Natia Turnava Kaxetidə Turizm və Aqrosektor nümayəndələri ilə görüş başa çatdıqdan sonra verdi.

“Biz mesajımızı hər yerdə səsləndiririk və bunu rus turistlərinin də eşitməsini istəyirik. Ölkəmizdə kimlər üçün isə, təhlükənin yarana biləcəyi haqqında məlumat yanlışdır.

Çətinliklərə baxmayaraq, rus turistlərinin bir qisminin yenə də Gürcüstanda istirahət edəcəyinə biz inanırıq. Gürcüstanın təhlükəsiz bir ölkə olduğu ilə bağlı marketinqi daha da gücləndirəcəyik” – dedi Natia Turnava.

Nazirin məlumatına görə, rus turistlərinin gəlmədiyinə görə, ölkə iqtisadiyyatının çəkəcəyi zərər iki milyard laridən artıqdır və rus turistlərinin Gürcüstanın turizm bazarında qorunması zərurəti mövcuddur.