Natalia Sabanadze - Avropa İttifaqı ilə dialoqun yeni formatı, hansına ki, Gürcüstan indi keçir, çox nadir və istisnadır
Natalia Sabanadze - Avropa İttifaqı ilə dialoqun yeni formatı, hansına ki, Gürcüstan indi keçir, çox nadir və istisnadır

Gürcüstanın Avropa ilə keçdiyi dialoqun yeni formatı artıq başlayıb və onunla bağlı ilk iclas 2018-ci ilin noyabr ayında keçiriləcək.

Birinci Kanal Gürcüstanın Avropa İttifaqındaki səfiri Natalia Sabanadzedən yeni format haqqında açıqlama xahiş etdi.

“Yeni format Asosiasiya şurasından daha üstün səviyyəli bir formatdır. Bu faktiki olaraq, iqtidarlararası görüş olacaq. Gürcüstan tərəfindən görüşdə ölkə başçısı iştirak edəcək.

Görüşün əsas məqsədi isə, Avropa İttifaqı standartlarına yaxınlaşmaq üçün konkret planların hazırlanmasıdır. Belə bir formatın yaranması çox nadirdir və istisna hallarda olur və Gürcüstan və Avropa İttifaqının bir-birinə həqiqətən yaxınlaşmasını vurğulayır” – dedi Natalia Sabanadze.