"Name" filminin rejissoru Giorgi Şvelidze Moskvada keçirilən Avrasiya kinofestivalının mükafatlandırma mərasimində iştirak etməyəcək
"Name" filminin rejissoru Giorgi Şvelidze Moskvada keçirilən Avrasiya kinofestivalının mükafatlandırma mərasimində iştirak etməyəcək

“Name” filminin rejissoru Giorgi Şvelidze Moskvada keçirilən Avrasiya kinofestivalının mükafatlandırma mərasimində iştirak etməyəcək.

Gürcüstanın kinematoqrafiya mərkəzinin məlumatına görə, gürcü kinorejissoru “İst-Vest Qolden Arç” (EAST-WEST. GOLDEN ARCH)-ın qısa siyahısına daxil edildi.

Kinomərkəzin məlumatına görə, ən yaxşı operator nominasiyasına təqdim olunan Giorgi Şvelidze, rejissorunun Zaza Xalvaşi olduğu,  “Name” filmi üçün Moskvaya, mükafatlandırma mərasiminə getməkdən imtina etdi.

Şvelidze ən yaxşı operator premiyası üçün məşhur rejissorlar Sergey Loznitsa və Pavel Pavlikovla bərabər təqdim olunub.

Bu il Avrasiya konofestivalının mükafatlandırma mərasimi aprelin 14-də, Moskvada, “El Cetera” teatrında keçiriləcək.

Giorgi Şvelidze bu yaxınlarda, Amerikan Kinematoqrafistlər Cəmiyyətinin əsas prizinin sahibi oldu.