Müvəqqəti Komisiyanın iclasında Tea Tsulukianinin dinləyişi iki sualdan sonra başa çatdı
Müvəqqəti Komisiyanın iclasında Tea Tsulukianinin dinləyişi iki sualdan sonra başa çatdı

Tbilisidə Xorava küçəsində baş verən qətl işini öyrənən müvəqqəti istintaq komisiyasının iclasında Ədliyyə Naziri Tea Tsulukianinin dinləyişi iki sualdan sonra başa çatdı.

Hər iki sualı Ədliyyə Nazirinə komisiyanın üzvü olan “Avropa Gürcüstanı”-nın deputatı Otar Kaxidze verdi.

Kaxidze Tea Tsulukianinin Mirza Subelianiyi tanıyıb-tanımaması ilə maraqlandı, nəyə Ədliyə Naziri cavab verdi ki, tanımır.

Kaxidzenin ikinci sualı Tea Tsulukiani tərəfindən mayın 31-də verilən bəyanata aid idi, hansında Ədliyyə naziri deyirdi ki, sabiq baş prokuror İrakli Şotadzenin istefa verməsi ilə razı deyildi və Şotadzeyə fəaliyyətinə görə təşəkkür edirdi.

Otar Kaxidze sual verdi, müvəqqəti komisiya tərəfindən Mirza Subelianinin oğlu və onun xalası oğlu arasındaki Facebook yazışmasının aşkarlandığı halda və M.K və A.Ş-ya aid olan qanlı paltarların aşkar olunduğu halda, İrakli Şotadzenin prokurorluq dövründə Mirza Subelianinin və Tenqiz Kalandianın sorğulanmadığı halda, yenədə İrakli Şotadzenin istefası ilə bağlı bəyanatı ilə razıdır mı.

Ədliyyə Naziri Tea Tsulukiani suala sual ilə cavab verdi və Kaxidzedən bu sualın cavabını qısa mı yoxsa uzun şəkildə mi eşitmək istədiyini soruşdu.

Otar Kaxidze isə dedi ki, bu suala konkret olaraq, bəli ya yox cavabını versin.

Tea Tsulukiani isə, cavab verdi ki, əlbəttə ki, mayın 31-də verdiyi bəyanatı ilə razıdır.

Bununla Komisiya iclası başa çatdı və Ədliyyə Naziri komisisya üzvlərinə müvəffəqiyyətlər arzuladı.