Mustafa Emre Çabukun ekstradisiya öncəsi həbsi girov ilə əvəz olundu (foto)
Mustafa Emre Çabukun ekstradisiya öncəsi həbsi girov ilə əvəz olundu (foto)

Demirel kollecinin keyfiyyət idarəsi meneceri, Mustafa Emre Çabukun ekstradisiya öncəsi həbsi girov ilə əvəz olundu.

Tbilisi Çəhər Məhkəməsi prokurorluğun həbsin girov ilə əvəz olunması tələbini təmin etdi. Prokurorluq 10 000 larilik girov tələb edirdi, məhkəmə isə giorvun miqdarını 1000 lari ilə müəyyənləşdirdi.

Mustafa Emre Çabuk məhkəmə salonunda məhbus üçün ayrılmış yerdən vəkillərin yanına keçdi.

Demirel kollecinin keyfiyyət idarəsi menecerini 2017-ci il mayın 24-də Gürcüstanda Türkiyənin tələbi ilə yaxaladılar. O, Fetullah Gülənin təşkilatı ilə əlaqədə ittiham olunur. Güləni isə, Türkiyədə dövlət çevrilişində ittiham edirlər.